Your Cart
We use cookies 🍪
Notification...

Haqqımızda

Şirkətimiz 2005-ci ildə təsis edilmişdir. Fəaliyyətinin ilk illərindən etibarən villaların, istirahət komplekslərinin və müxtəlif təyinatlı binaların tikintisi, həmçinin tikinti materiallarının təchizatı ilə məşğul olmuşdur.

Zamanla fəaliyyət istiqamətləri genişləndirilmiş, lakin mövcud şərait və strateji qərarlar nəzərə alınaraq şirkətin adı dəyişdirilmiş və əsas fəaliyyət sahəsi yenidən formalaşdırılmışdır.

Hazırda şirkət yalnız təminat və təchizat xidmətləri üzrə ixtisaslaşmışdır. Biz müştərilərimizə yüksək keyfiyyətli geosintetik materiallar, beton konstruksiyalar, işıq dirəkləri, tikinti avadanlıqları, beton zavodları və müxtəlif sənaye qurğularının təchizatı və çatdırılmasını həyata keçiririk.

Şirkətimizin əsas məqsədi – keyfiyyətli məhsul və etibarlı xidmət təqdim etməklə müştəri məmnuniyyətini təmin etməkdir.